Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib - FOTOLAR

Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində 6 may 2021-ci il tarixdə Yevlaxda növbəti tədbir keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Gəncə, Mingəçevir, Naftalan şəhər, Yevlax, Goranboy, Bərdə, Tərtər, Ağdam rayon təşkilatlarının komandalarının iştirakı ilə keçirilən “Breyn Rinq” intellektual oyunu Ulu Öndərin adını daşıyan şəhərin Heydər Əliyev sarayında, karantin qaydaları çərçivəsində təşkil edilib.

SİA xəbər verir ki, tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər. Yarışı giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov açaraq Ulu öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verdi, onun əbədiyaşar irsinin Azərbaycan xalqının qəlbində hər zaman yaşadığını, yeniyetmə və gənclərə dövlətin bugünkü qayğısından danışdı. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova qonaqları salamlayaraq Yevlax şəhərində keçirilən tədbirdə iştirakları üçün onlara minnətdarlıqlarını bildirib və qeyd edib ki, dahi rəhbərin ideyalarının bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sağlam, bilikli, dövlətçiliyə, vətənə sadiq gənclər yetişib. Rayonun “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən, dahi liderin gənclərə qayğısından, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söhbət açıb.
“Breyn Rinq” yarışmasının aparıcısı Etibar Məmmədov püşkatma qaydasında iştirakçıları masaya dəvət etdi.
Final mərhələsində sualları daha tez və düzgün cavablandıran YAP Naftalan Şəhər Təşkilatının komandası yarışın qalibi olaraq “Breyn Rinq” yarışının kubokunu və pul mükafatını qazanıb. II yeri tutmuş YAP Goranboy Rayon Təşkilatının komandası Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının fəxri fərmanı ilə təltif olunub.
Tədbir ərzində yevlaxlı musiqiçilərin ifasında Ulu Öndərə və Azərbaycana həsr edilmiş mahnılar səslənib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə