Vətən müharibəsində itkin düşmüş daha bir zabitimizin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

SİA xəbər verirki, bu barədə mətbuata şəhidin qardaşı məlumat verib.

Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.

Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.

Kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Ə.Rəhmətovun iki övladı var.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə