Əhəd Abıyev hazırda iş başındadır

2007-ci ildə Əhəd Abıyev Milli Məclisin deputatı olub, yayılan qərəzli məlumatların ona heç bir aidiyyəti yoxdur

"“Huriyyet.az” və bir sıra xəbər saytlarında yayılmış guya “Daşkəsəndə DTX həbslərə başladı: İcra başçısı həbs ediləcəyi xəbərini eşidib rayondan qaçdı” başlıqlı yazılara cavab olaraq bildiririk ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilmir və Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev hazırda iş başındadır. Yayılan məlumatlar qərəzli, uydurma, şayiə və yalandır". Bu barədə məlimatı SİA-ya Daşkəsən rayon İcra Hakimiyyətindən veriblər.

Məlumatda qeyd edilir ki, Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin sabiq müdiri Şahbaz Mehdiyev 2007-ci ildə apardıqları torpaq sənədləşdirilməsinə dair Gəncə şəhər sakini Ələkbərov Rəşad Sədrəddin oğlunun şikayəti əsasında saxlanılıblar və hazırda həmin məsələ Gəncə şəhərində məhkəmədə baxılır.

Bildiririb ki, 2007-ci ildə olmuş həmin məsələnin Əhəd Abıyevlə heç bir bağlılığı və aidiyyəti yoxdur, belə ki, 2007-ci ildə Əhəd Abıyev Milli Məclisin deputatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...