Xalidə Bayramova vəzifəsindən azad olundu

Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub. Bu barədə faktı Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X.Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...