Karate üzrə ikiqat Dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev mərhum Gənclər və İdman naziri Azad Rəhimova mahnı bəstələyərək ifa edib.
FHN-in İdman Sağlamlıq klubundan SİA-ya verilən məlumata görə, mahnının adı “Mənim dostum” Adlanır. Mahnının musiqisi Füzuli Musayevə, sözləri isə Vlad Hüseynova aiddir.
Qeyd edək ki, Nazim Əhmədovun aranjimanı ilə təqdim olunan ifanın klipində Azad Rəhimovun həyat və fəaliyyətinə aid fotolar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB