Sərtləşdirmə olacaqmı? SOSİOLOQ AÇIQLADI

Sərtləşdirmə olacaqmı? SOSİOLOQ AÇIQLADI

“Qapanmalara getmək arzu olunan deyil”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Azər Həsrət deyib.

Onun sözlərinə görə, hər şeydən öncə bizim üçün vacib olan insanların sağlamlığıdır: “Dövlətin də birinci vəzifəsi vətəndaşın sağlamlığının qayğısına qalmaqdır. Bayram günlərində vəziyyət yaxşılaşmağa doğru gedəcəksə, vətəndaşlarımız da anlayışla yanaşacaqsa, heç bir qapanmadan söhbət gedə bilməz. Lakin gərginləşmə olarsa və ya yoluxanların sayında ciddi və ya fəlakət həddində artım olarsa, istər-istəməz vətəndaş olaraq, özümüz qapanmanı tələb etməli olacağıq. Çünki dünyanın hər tərəfində, göründüyü kimi, bu yoluxma fəlakət həddindədir, böyük dövlətlər problem həll edə bilmirlər. Əlbəttə ki, Azərbaycan istisna deyil. Yəni vəziyyət bizdən asılı olmaqdan çıxıb. Ona görə də vəziyyətə uyğun gərək olsa sərt tədbirlər atılacağı təqdirdə hər kəsin bunu anlayışla qarşılaması vacibdir. Lakin indiki duruma nəzər salaraq, belə bir qənaətə gələ bilərik ki, bayram günlərində ciddi qapanma gözlənilmir. Sadəcə, insanlarımızın bu ehtuyatı əldən qoymaması lazımdır. Əgər biz bunu belə davam etdirsək, yəqin ki, yoluxmaların sayı ciddi şəkildə azalacaq".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə