Ən çox görülən baş dərisi problemlərindən biri də kəpəkdir. Bir çox insan kəpəklə mübarizə yollarını axtarır. Kəpək saç tökülməsinə səbəb ola bilər. Yaxşı, kəpəyi müalicə etmək üçün nə etməliyik? Kəpəyin qarşısını təbii məhsullarla ala bilərik. Kəpək problemini həll etmək üçün 6 təbii məhsul bunlardır:
1. Çay ağacı yağı
Şampuna az miqdarda çay ağacı yağı əlavə etməklə kəpəyin qarşısını ala bilərik. Çay ağacı yağı, tərkibindəki antibakterial və antifungal xüsusiyyətləri sayəsində dərhal təsir göstərir. İstifadəsi çox rahatdır.
Şampununuza 8-10 damla çay ağacı yağı əlavə edin. Saçlarınızı normal olaraq şampundan sonra bir neçə dəqiqə gözləyin, sonra yaxşı yuyun.
2. Alma sirkəsi
Alma suyu sirkəsinin antimikotik xüsusiyyətləri kəpəyə səbəb olan qaşınma və quru baş dərisini müalicə edir. Bunun üçün bir az suyu alma sirkəsi ilə qarışdırın. Saçınızı yuyun və yaş olduğu zaman saçınıza masaj edin. 15 dəqiqə gözlədikdən sonra saçınızı yuyun.
3. Kokos yağı
Kokos yağı kəpəyin müalicəsində kömək edən antifungal xüsusiyyətlərə malikdir. Ayrıca laurik, kapril və kaprik turşusu ehtiva edir və zədələnmiş saçları qidalandırır. Kokos yağını bir qabda saçlarınızın uzunluğuna görə qızdırın. Saçlarınıza 5 dəqiqə masaj edin. Bir gecə saçınızda saxlayın. Səhər şampunla yuyun.
4. Xam bal
A, B, C, D, E və B kompleksi kimi vitaminlərlə zəngin olan bal saçları nəmləndirir. Saçınızı isladın və balı bir az su ilə durulayın. Başınızın dərisinə 3-5 dəqiqə çəkin və bir neçə saat saxlayın. Sonra su ilə yuyun.
5. Soda
Soda müxtəlif infeksiyalar üçün faydalıdır. Şampununuza keyfiyyətli soda əlavə edin və normal qaydada istifadə edin.
Sodayla birlikdə alma suyu sirkəsi ilə qabartma tozunun birləşməsindən də istifadə edə bilərsiniz. İki məhsulu qarışdırın, saç dərinizə masaj edin və yuyun.
Bununla yanaşı soda və gül yağı qarışığı hazırlayın, saç dərinizə çəkin, 2-3 dəqiqə masaj edin və sonra soyuq su ilə yuyun. Qeyd edək ki, sodanı birbaşa dəridə istifadə etməyin, həmişə digər məhsullarla istifadə edin.
6. Limon
Baş dərisinin "pH" səviyyəsini tarazlaşdıraraq limon həm də artıq yağdan qurtulmağa kömək edir. Bunun üçün saç dərinizə limon suyu tətbiq etmək kifayətdir. Saçınızda 35-40 dəqiqə saxlayın, sonra su ilə yuyun. Bununla yanaşş limon-bal, limon-su qarışığından da istifadə edə bilərsiniz.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB