YAP Qaradağ Rayon Təşkilatının Gənclər Birliyi, Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Biz narkotiklərə yox deyirik” mövzusunda toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon İH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov, YAP Qaradağ Rayon Təşkilatının Aparat rəhbəri Ramiz Yusubov, Bakı şəhər narkoloji Dispanserin həkim-narkoloqu – Vəfa Əliyeva, məktəb müəllimləri və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon komissiyanın üzvü, rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov toplantının keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomanlığa qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirib. Rayon YAP Qaradağ Rayon Təşkilatının Aparat rəhbəri Ramiz Yusubov çıxış edərək narkomanlığa qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası ilə bağlı görülməsi vacib olan işlərdən danışıb. İcra Hakimiyyətinin təmsilçisi Ruslan İsmayılov, Həkim – psixoloq Vəfa Əliyeva narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotiklərin doğurduğu faciələrdən söhbət açaraq narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin cəlb edilməsi, təşkilatlar və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Rayon gəncləri adından çıxış edən Könül Əhmədova yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırıb. Həmçinin məktəblilər arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizminə vürduğu zərərli nəticələrə həsr olunmuş profilaktik tədbirlərin keçirilməsində zərurət olduğunu bildirilib və gənclərin kütləvi idman növlərinə cəlb edilməsinin daha böyük səmərə verəcəyindən söhbət açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB