Bu gün paytaxt Bakıda və ölkə ərazisində hava şəraitinin qeyri-sabitliyi və güclü külək müşahidə olunub. Havanın şəraitinin kəskin dəyişməsi və güclü küləyin olması nəticəsində nəqliyyat vəziyyətində bəzi çətinliklər sürücüləri və vətəndaşları narahat edir. Eyni zamanda güclü küləyin olması nəqliyyatda bəzi fəsadlar da yaradıb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev SİA-ya açıqlama verərək məsələyə bu cür reaksiya verib: "Ümumi hərəkətdə belə bir çətinlik müşahidə olunmayıb. Doğrudur, bəzi yerlərdə ağacların qırılıb yola düşməsi müəyyən çətinliklər yaradıb amma qısa vaxtda müvafiq qurumlar tərəfindən bu hal aradan qalıdırlıb. Avtobuslar da normal qrafiklə hərəkət edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB