Baş hidroloq xəbərdarlıq etdi VƏTƏNDAŞLAR EHTİYYATLI OLSUNLAR

Baş hidroloq xəbərdarlıq etdi VƏTƏNDAŞLAR EHTİYYATLI OLSUNLAR

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə 6 may axşam saatlarına qədər davam edəcək. Bakı və Abşeron yarımadasında isə, bu günkü küləkli hava gün ərzində hökm sürəcək”. Bunları SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, küləkli hava şəraiti ilə əlaqədar vətəndaşlar ehtiyyatlı olsunlar: “Küçələrdə hərəkət zamanı tikililərin kənarı ilə keçməyin. Xüsusilə, yaşlı nəsil və uşaqlar bu qaydalara əməl etməlidir. Evlərin pəncərələrini yaxşı bağlasınlar. Bu havada onlara müəyyən ziyan dəyə bilər. Hər ehtimala qarşı ehtiyyatı əldən vermək olmaz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə