Xərçəng növünün diaqnozunu qoymağa imkan verən test hazırlandı - ARAŞDIRMA
ABŞ-da Xərçəng tədqiqat institutu 20-dən çox xərçəng növünün erkən aşkarlanmasına imkan verəcək yeni bir qan testi hazırlayıb. SİA bunu Xarici KİV-lərə istinadən xəbər verir.
Dana-Farber adlı tədqiqat mərkəzi ümumilikdə 3600-dən çox xərçəngli və xərçəngsiz insandan alınan qan nümunələri üzərində təcrübələr aparıb. Yeni metod sayəsində ağciyər, pankreas xərçəngi və Leykimiya kimi 20-dən çox xərçəng növünə yüksək dəqiqliklə diaqnoz qoyulub.
Xərçəngin tapıldığı əksər hallarda xərçəngin hansı toxumadan gəldiyini müəyyən etmək mümkün oldu.
İnstitutun yayımladığı nəticələrə görə, aparılan təcrübələrin 99.4 faizində xərçəng diaqnozu düzgün qoyulub. Xərçəngin meydana gəldiyi orqan və ya toxuma üzərində aparılan təcrübələr 89 faiz dəqiqlik nisbətinə sahib idi.
Bu metilasiya sayəsindədir
Yeni qan testində nəticələr damarlardakı sərbəst axan DNT-nin araşdırılması nəticəsində əldə edilir. Bu DNT-lər bədəndəki xərçəngli hüceyrələrin ölməsi nəticəsində qana qarışdığı üçün heç bir hücrədə tapılmır.
Tədqiqatçılar götürdükləri nümunənin xərçəng olub olmadığını öyrənmək üçün DNT-dəki metilasiyaya baxırlar. Hüceyrənin təbii funksiyaları arasında olan metilasiyadakı pozuntulara baxan elm adamları beləliklə xərçəngi aşkar edə bilərlər.
Tədqiqatın əvvəlindəki tədqiqatçı Qofrey Oksnard metilasiyadakı pozuntuların xərçəng diaqnozunda təsirli bir metod ola biləcəyini izah edib və tapıntılar bunu göstərir. Oksnard bu metodun əvvəllər tətbiq olunan DNT mutasiyalarını araşdırma metodundan daha təsirli nəticələr verdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB