Rəbiyyət Aslanova: “Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanunun qəbuluna böyük ehtiyac var” -AÇIQLAMA
Bu məsələyə yalnız iki televiziyanın önəm verdiyini dilə gətirən millət vəkili söyləyib ki, digər televiziya kanalları neqativ informasiyaları tamaşaçılara çatdırarkən anlamalıdır ki, səhərdən axşama qədər ötürülən belə informasiyalar həmin insanın psixoloji durumuna olduqca pis təsir bağışlayır. Onun sözlərinə görə, elə informasiyalar var ki, onları ötürərkən müəyyən etik norma və qaydaları gözləmək lazımdır: "Yaddan çıxarmaq lazım deyil ki, səhər işə hazırlaşan, yaradıcılıq, quruculuq işinə gedən bir insanı belə neqativ, şər informasiyalarla yükləmək olmaz. Çünki təsirlənən, bundan duyğulanan insanın fəaliyyəti bununla proqramlaşır. Cəmiyyətdə olan neqativ halları bilmək, ondan nəticə çıxarmaq, onun aradan qaldırılması üçün fəaliyyətimizi ortaya qoymaq çox vacibdir, lakin onun deyilişi, cəmiyyətə çatdırılması formasına xüsusi diqqət yetirilməlidir".
Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanunun qəbuluna böyük ehtiyac olduğunu qeyd edən R. Aslanova bildirib ki, sözügedən qanun Azərbaycan insanının informasiya təsirlərindən qorunmaq, mənəvi müqavimətin hazırlanması, beyninin zombiləşmədən xilası üçün çox mühüm bir qanundur: "İnanıram ki, Azərbaycan Milli Məclisi belə bir qanun qəbul etməklə ölkə gəncini, insanı informasiya təsirlərindən qorumuş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB