“Şərti maliyyə vahidi” ifadəsi konkret rəqəmlərlə əvəz edilib

“Şərti maliyyə vahidi” ifadəsi konkret rəqəmlərlə əvəz edilib

Nazirlər Kabinetinin müvafiq qərarlarında şərti maliyyə vahidi ifadəsi rəqəmlərlə əvəz edilib. "Səs" qəzetinin məlumatına görə, Nazirlər Kabinetinin 128 №-li Qərarına dair izada bildirilir ki, “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 22 dekabr tarixli 229-VIQ nömrəli Qanunu qüvvəyə minib. Sözügedən Qanunla 2020-ci il 22 dekabr tarixindən Azərbaycan Respublikasında “şərti maliyyə vahidi” ləğv edilib.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında “şərti maliyyə vahidi” ifadəsi (norması) konkret rəqəmlərlə əvəz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə