Maisə Rəhimova: “Xəzərdə sualtı arxeoloji ekspedisiyaların aparılması üçün lazımi texniki-avadanlıq yoxdur”
Bu il Xəzərdə sualtı arxeoloji ekspedisiyaların aparılması nəzərdə tutulmayıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova məlumat verib. O bildirib ki, bu ekspedisiyaların aparılması üçün lazımi texniki-avadanlıq yoxdur. Keçən il kəşfiyyat xarakterli sualtı ekspedisiyaların aparıldığını deyən institut direktoru vurğulayıb ki, sualtı arxeoloji ekspedisiyaların aparılması üçün lazım olan texniki avadanlıq çox böyük vəsait tələb edir.
"Biz bilirik ki, Azərbaycanda yeraltı böyük bir xəzinə var. Sözsüz ki, sualtı da maddi-mənəvi abidələr aşkar oluna bilər. Xəzərdə sualtı arxeoloji ekspedisiyaların aparılması üçün mütəxəssislər hazırlamaq lazımdır. Bütün bunlar planda var, lazımi texniki-avadanlıqların alınması üçün də müraciət edəcəyik. Bu il arxeoloji yox, yalnız kəşfiyyat xarakterli ekspedisiyalar ola bilər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB