Bu gün Avropa otelində “Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu” mövzusunda tədbir keçirilib

Bu gün Avropa otelində “Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu” mövzusunda tədbir keçirilib

Bu gün Avropa otelində "Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova, BMT Əhali Fondunun ölkə nümayəndəliyinin baş müşaviri Fərid Babayev, Milli Məclisin İnsan Hüquqları Komtəsinin sədri Rəbiyyət Aslanova, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Konistitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və digərləri iştirak ediblər.

Tədbiri açıq elan edən AQUPDK sədri Hicran Hüseynova bildirib ki, bu gün cəmiyyətimizin aktual məsələlərindən biri olan məişət zorakılığının müzakirəsi barədə tədbirə yığışmışıq. Biz bu gün problem haqqında danışmaqla yanaşı, problemin mətbuatda nə dərəcədə işıqlandırılması haqda da danışacayıq. KİV bu hadisələri necə işıqlandırır? Bax, bu məsələ bu gün müzakirə mövzusudur. Daha sonra H.Hüseynova məişət zorakılığı barədə fikirlərini söyləyib.

Tədbirdə söz alan Rəbiiyət Aslanova da öz növbəsində Azərbaycanda Gender əsaslı zorakılıqla mübarizənin KİV də necə əks olunması barədə danışıb: \"Bəli mən çox təəssüflə qeyd edirəm ki, bu gün bu problemlər televiziyalarda , mətbuatda nə dərəcədə işıqlandırılır, bu bizi qane edirmi? Mən bir statistik məlumatı nəzərinizə çatdırmaq istəyirəm ki, bu problemə 7 televiziya kanalı 110 proqram, 18 gündəlik qazet isə 142 məqalə həsr edib. Siz deyin, indi bu qane edicidirmi? Təəssüf ki, bu gün belə zorakılıq halları sırf xəbər məzmunu kimi efirə verirlər və sonra bu hadisə haqda ətraflı məlumat vermilər. Siz deyin səhər televizoru açan bir insan bu cür zorakılıq halını sırf xəbər kimi izləyirsə, ərin arvadı öldürməsini manşet məzmunlu, emosional kriminal xəbər kimi izləyirsə, bu onun psixologiyasına çox böyük təsir edir. Azərbaycanda bu yöndə qanun var, amma həyata keçirilməsində qarşımıza bir sıra problemlər çıxır. Bu barədə qanun olsa da, zorakalığa məruz qalan insanlar təəssüf ki, bunu müvafiq icra hakimiyyətinə bildirmirlər, bu da bizə müəyyən problemlər yaradır.

Gün ərzində insan 270 cinayət hadisəsini emosional şəkildə qəbul etsə, onun beyni zombiləşər. Bizim narazılığımız odur ki, KİV bunları çox reytinq yığmaq naminə deyil, problemin həllində yardımçı olmaq üçün işıqlandırsınlar\".

Daha sonra tədbirdə söz alan Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva isə öz növbəsində qeyd edib ki, bu gün ideal qadın və ideal kişi obrazını xarici aktyor və aktrisalara istinadən deyil, yüz yaşlı nənə babalarımıza, qırx il bir yerdə ömür sürən ailələrə görə formalaşdırmalıyıq. Biz bu qanunu icra edərkən öz köklərimizə də sadiq qalmalıyıq.

Tədbirdə söz alan millət vəkili Qənirə Paşayeva isə öz növbəsində televiziyalarda bu problemi qabartmaq, bu yöndə mətbuatın problemin həllinə sırf yardımçı ola bilmək baxımından yanaşmasını təklif edib: \"Birincisi budur ki, həm televiziyalarda, həm mətbu orqanlarında bu sahəylə bağlı treyninqlər keçirilsin. İkincisi, bu mövzu ilə əlaqədar tok-şoularda bu sahəylə bağlı ekspertlər iştirak etsin. Üçüncüsü, Teleradio Şurası bu yöndə kanalların işi ilə bağlı monitorinq aparsın və bu yöndə kanallara tövsiyyələrini versin".

Millət vəkili sonda millət vəkili Mehriban xanım Əliyevanın fikrini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Əgər Azərbaycanda istənilən bir ailədə belə bir problem varsa, biz onu həll etməliyik, onun qarşısını almalıyıq".

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək mətbuatın bu məsələdə rolundan danışıb. Məişət zorakılığı probleminə digər iştirakçıların da münasibəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə