"Yas və toy məclislərinə qəti şəkildə getməyin" EKSPERT QINADI

"Covid-19 fəsadları dünyanın hər yerində olduğu kimi Azərbaycanda da özünü göstərir. İstər dövlət qurumları, istər Qafqaz Müsəlmanlar İdarəsi, istərsə də ayrı-ayrı tanınmış ruhanilər, ilahiyyatçılar, alimlər və həkimlər pandemiyanın fəsadlarını azaltmaq üçün aidiyyatı qurumlara müraciət ediblər. Bu müraciətlərdən irəli gələrək hökümət müxtəlif qadağalar tətbiq etməyə başladı". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sonuncu bəyanat həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Hacı Şahin Həsənli tərəfindən səsləndirilib: "Həmçinin, Şeyx Allahşükür Paşazadə də dəfələrlə Ramazan ayı ilə bağlı əvvəlki kimi həm xeyriyyə məclisləri, həm kütləvi iftar süfrələrinin açılması, həm də iaşə obyektlərində müxtəlif yığıncaq təşkil olunmasının yolverilməz olduğunu vurğulayıb. Bu hallar həm Allah, həm də ruhanilər tərəfindən bəyənilməz. Oruc tutanlar bu qaydalara mütləq şəkildə əməl etməlidir. Çünki, qapalı yerlərdə virus daha çox yayılır".

Aydın Xan Əbilov sözlərinə belə davam edib: "Bildiyimiz kimi, ölkəmizdə kütləvi vaksinasiya prosesi gedir. İnanıram ki, vaksindən sonra xəstəliyin qarşısı tamamilə alınacaq və normal həyatımıza qayıdacağıq. Biz də öz növbəmizdə vətəndaş olaraq, dövlətə və səhiyyə qurumlarına kömək etməliyik. Həm özümüzə müəyyən qadağalar tətbiq etməklə, həm də müxtəlif bayramlar zamanı kütləviliyin qarşısı alıb yoluxma zəncirini qırmış oluruq. Dəfələrlə bildirilib ki, əgər yoluxma sayı artsa karantin daha da sərtləşəcək. Lakin, dövlət də, hökumət nümayəndələri də, Milli Məclisin nümayəndələri də sərt karantinə ehtiyac olmadığını deyirlər".

"Avropada, Çində və ABŞ-da virusla bağlı nailiyyətlər əldə edilib və insanlar maarifləniblər. Həmçinin oranın vətəndaşları da qaydalara ciddi riayət edir. Onlar yaxşı anlayır ki, evdən çıxanda əlləri yaxşı-yaxşı yumaq, spirtləmək, ikiqat qoruyucu tibbi maskadan istifadə etmək lazımdır. Çalışdığımız qədər toy və yas mərasimlərinə getməməli, bizi çağıran insanları ictimai qınağa tutmalıyıq. Covid-19 dönəmində evlənən gənclərin uşaqları immunitet cəhətdən əziyyət çəkəcəklər. Onların hətta, əlillik təhlükəsi də var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...