Ermənilərin Laçın rayonu ərazisində tapdığı qədim abidənin Azərbaycana məxsusluğu ilə bağlı məsələ qaldırılacaq - AKTUAL

Ermənilərin Laçın rayonu ərazisində tapdığı qədim abidənin Azərbaycana məxsusluğu ilə bağlı məsələ qaldırılacaq - AKTUAL

"Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün abidələr, o cümlədən LAçında tapılan abidə Azərbaycan xalqına məxsusdur. Laçın işğal altında olduğundan isə orada arxeoloji qazıntılar aparmaq mümkün deyil". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Ermənistanın Azərbaycanın işğal altında olan Laçın rayonunda tapdığı qədim abidə ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu ermənilərin işğal etdiyi Laçın rayonu ərazisində tapdığı qədim abidənin Azərbaycana məxsusluğu ilə bağlı məsələ qaldıracaq. Onun sözlərinə görə, ilk növbədə AMEA Rəyasət Heyətinə müraciət ediləcək: "Rəyasət Heyəti də yuxarı instansiyalar qarşısında məsələ qaldıracaq. Hələlik beynəlxalq qurumlara müraciət olunmayacaq. Bundan sonra, beynəlxalq qurumlara müraciət məsələsinə baxıla bilər".
İl ərzində respublikanın hansı regionlarında arxeoloji qazıntıların aparılacağı məsələsinə gəlincə M.Rəhimova qeyd edib ki, iyunun 1-dən etibarən Qarabağ, Ağdam, Ağcabədi, Tovuz və digər ərazilərdə, ümumilikdə isə 40-a yaxın ekspedisiya işlərinə başlanacaq. Onun sözlərinə görə, ilk qazıntılar Dağlıq Qarabağda başlayacaq, sonra isə digər regionlarda davam etdiirləcək.

"Bu il arxeoloji qazıntılar zamanı Qarabağ və Cənub zonasına daha çox üstünlük veriləcək. Qarabağın yarısı işğal altında olduğundan ermənilər orada biizm abidələri dağıdır, sonra abidə taparaq onları özlərinə məxsus olduğunu deyirlər. bununla əlaqədar olaraq işğal olunmayan ərazilərdə ekspedisiya aparmaq gündəmdədir. Qarabağda 3 abidədə qaıntı işləri aparılacaq. Kamiltəpə adlanan abidədə almanlarla birgə iş aparılır. Xarici ölkələr bizim ölkədə qazıntı işlərinin aparılmasında maraqlıdırlar. Bu da qazıntı işlərinin daha intensiv şəkildə aparılmasına təkan verir. Ağdam rayonunda isə kəşfiyyat xarakterli işlər aparılacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə