Nazir müavini: “Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı bəzi məsələlər həll edilməmiş qalır”-Açıqlama
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı hazırlıq gedir. Suallara cavablar hazırdır, sadəcə bəzi məsələlər həll edilməmiş qalır. Onları da ÜTT-yə təqdim edəcəyik". SİA-nın xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, bir neçə ölkələrə xidmətlər və mallar üzrə yeni təkliflər verilib. Ona görə də yeni təklifləri təqdim ediləndən sonra iyul ayında ikitərəfli danışıqların olacağını deyən nazir müavinin sözlərinə görə, işçi qruplarının iclası isə ilin ikinci yarısı-oktyabr-noyabr aylarında keçirilə bilər.
"Həll olunmamış bir neçə məsələlər qalıb. Gərək mallar, xidmətlər üzrə həm bizi, həm də onları razı salacaq birgə mövqeyə gələk. Bununla bağlı qanunvericilikdə dəyişikliklər olmalı, Azərbaycanda mövcud olan ticarət rejimi təkminləşdirilməlidir. Buna görə də suallar çoxdur və görüləsi işlər hələ qabaqdadır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB