"Medianın azadlığı daim diqqət mərkəzindədir" AÇIQLAMA

“Medianın azadlığı ictimai nəzarətin mexanizmlərindən biri olduğuna görə, Azərbaycanda da həm dövlət, həm də ictimai miqyasda daim diqqət mərkəzindədir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Redaktor vurğulayıb ki, media ilə bağlı proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi üçün zaman-zaman addımlar atılır: “Media azadlığı məsələsi qanunvericilik müstəvisində təkmilləşdirilməsi, praktik olaraq dəqiqləşdirilməsi və irəliləməsi üçün Azərbaycanda görülən işlər artıq fasiləsiz xarakter alıb. 90-cı illərdən indiyədək media sahəsində baş verənləri xronoloji olaraq yada salsaq, Azərbaycanda tək-tək hallarda rast gəlmək olar ki, medianın möhkəmləndirilməsi onun qanunvericilik bazasının və strukturunun təkmilləşdirilməsi istiqamətində qərarlar verilməsin. Media idarəçiliyinin təkmilləşdirilməsi prosesi bu gün də davam edir və bundan sonrada davam edəcək. Media azadlığı ölkədə inkişafın ictimai nəzarətin təşkil olunması və dövlət idarəçiliyinin daha şəffaf xarakter almasında olduqca önəmli rol oynuyur. Bizim ölkədə medianın təkmilləşdirilməsi yönündə daim addımlar atılır. Çox təəssüflər olsun ki, hələ də jurnalist missiyasının, azad medianın əsl missiyasının ictimai mənafelərin daha dolğun həyata keçirilməsində və dövlət idarəçiliyində şəffaflığın artırılması üçün medianın roluna, məsuliyyətinə o qədər də həssas yanaşmayan dairələrə rast gəlinir. Təəssüflər olsun ki, jurnalistlərinin və media nümayəndələrinin heç də hamısı azad medianın missiyasını dövlət və ictimai mənafelər baxımından nə qədər əhəmiyyətli rol oynadığını yetəri qədər qiymətləndirmirlər".

A.Quliyev açıq şəkildə bildirib ki, peşakarlıq, yaradıçılıq, peşə məsuliyyəti baxımından lazımi səviyyəni nümayiş etdirməyənlər sözsüz ki, azad media prinsiplərinin bərqərar olması yolunda daima maneə olublar. Xüsusilə də azad medianın bərqərar olduğu şəraitdə bu prinsiplərin lazimi qədər başa düşülməməsi çox təhlükəlidir. Azad media deyəndə tam nəzarətsiz, heç bir ölcüyə, çərçivəyə saığmayan jurnalistika kimi yalnış bir dərketmə mövqeyinə gəlib çıxıblar ki, bu da olduqca təhlükəlidir. Amma azad media yüksək peşəkarlıq maarifçilik və qanunçuluğun dərk olunması ilə üzvi şəkildə bağlıdır. Jurnalistlər arasında peşəkarlığın artırılması həm məsuliyyətin artırılması, yüksəldilməsi həm də maarifçilik potensialının artırılması bu gun də Azərbaycan jurnalistikasının qarşısında duran vacib məsələlərdən biridir. Dövlət başçısının iradəsinə uyğun olaraq media institutunun daim təkminləşdirilməsi və onun nəticələri artıq göz qabağındadır. Bu gün də media idarəciliyinin təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar gedir. Artıq Media Agentliyinin yaranması da bunu deməyə əsas verir ki, Azərbaycanda medianın təkmilləşdirilməsinin fasiləsiz davam etməsinə nail olunub.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə