YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Hövsan qəsəbəsinin sakini olmuş, Vətən müharibəsi şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun ailəsini ziyarət ediblər. V.Seyidov təşkilat adından şəhid Elzar Yusubovun 5 yaşı tamam olan qızı Ayanı doğum günü münasibətilə təbrik edib, ona hədiyyələr təqdim ediblər.
Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.
Şəhid Elzar Yusubovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB