SİA qida mütəxəssisi Ağa Salamovun müsahibəsini təqdim edir:
- Qışdan yaza keçid etdikdə, bəzi xəstəliklər baş qaldırır. Çünki, bədənin vitamin ehtiyatı tükətmiş olur. Bəs arıqlamaq istədiyimiz müddətdə orqanizmin vitamin toplaması üçün nə etmək lazımdır?
- Mən nə arıqlamağın, nə də kökəlməyin tərəfdarıyam. Sağlam çəki var. İnsanın çəkisi boyuna görə olmalıdır. Məsələn, boyu 1.70 olan şəxs 70-75 kq çəkidə olmalıdır. Sağlam çəkidə olmaq üçün isə, sağlam qidalanmaq lazımdır. Sağlam qidalanmaq üçün torpaqdan çıxan orqanik məhsulları istifadə etmək lazımdır. Məhsulları öz sezonunda istifadə etməliyik. İnsan kərə yağı və zülalı normasında yeməlidir. Məsləhət olunur ki, orqanik ətlərdən istifadə edilsin. Konservləşdirilmiş ətlər və nişasta melanin tərkibli ağartı məhsullarından uzaq olmalıyıq.Orqanik ağartı məhsulları yemək lazımdır. Günümüzdə kənd toyuqlarını sarıköklə rəngləyib satırlar. Torpaqda eşələnən toyuqları istehlak etməliyik. Qədərində yediyiniz zaman həm çəkiniz normal, həm də özünüz sağlam olacaqsınız. İmmunitet sistemi sağlam orqanik qidalarla güclənir. Bütün faydalı qidalar vasitəsilə Covid-19 xəstəliyi ilə mübarizə aparmış oluruq.
- Niyə C vitamini daim məsləhət görülür?
- Əslində, insan orqanizmində bütün vitaminlər olmalıdır. Koronovirusa yoluxmamaq üçün öncədən D və C vitaminləri qəbul etmək lazımdır. C vitamini iştah açır və immunitet sistemini gücləndirir. Koronavirusa çox vaxt immun sistemi zəif olanlar yoluxur. Həmçinin, orqanik yeməklərdən imtina edənlər immun sistemi zəif olan insanlardır. Covid-19 xəstəliyinə yoluxan insanlar D vitamini sayəsində xəstəliklə mübarizə apara bilir. Deməli, bizə bütün vitaminlər lazımdır. Lakin, təbəqələri nəzərə alaraq, D vitamininin qiymətini aşağı salınmalıdır.
- Tomat sousları necə hazırlanır?
- Turşuların insan orqanizminə faydası var. Bunun heç bir ziyanı yoxdur. Turşu bağlayanda bütün tərəvəzləri fırça ilə torpaqdan təmizləmək lazımdır. Məsələn, cənnət alması turşusu qoyurlar və saplaqlarını təmizləmirlər. Bu zaman botirizm zəhərlənmə əmələ gətirir. Pomidor turşularını günəş şüası düşməyən, qaranlıq yerdə saxlamaq lazımdır.
- Qida zəhərlənmələrinin qarşısını necə almaq olar?
- İlk öncə sənayedə işçilər sağlam olmalı, emal vaxtı əlcəklə maskadan istifadə edilməli və saçları toplanmalıdır. Qidaları nəinki bioloji, həmçinin, fiziki və kimyəvi çirklənmədən də qorumaq lazımdır. Sənayedə sanitar-gigiyena qaydaları baş rolda olmalı və nəzarət gücləndirilməlidir. 20 - 30 il bundan əvvəl meyvə və tərəvəzləri sirkə ilə yuyurdular ki, heçnə olmasın. Çünki, onlar təbii gübrə idi.
- Aşbazların təhsilli olması vacibdir?
- Kulinar verilişlər təhsilli aşpazlar tərəfindən tətbiq olunmalıdır. Məsələn, uzun dırnaqlarla efirdə yemək hazırlayırlar. Mütləq əlcək taxılmalıdır.Saçları da açıq qoymaq olmaz. Azərbaycan mədəniyyətində bu düzgün deyil. Bunun qarşısı alınmalıdır. Təhsilli aşbazları işə götürməlidirlər. Peşə məktəblərində onlara gigiyena qaydaları öyrədilir.Dövlət onlara boşuna diplom vermir.
- Niyə israfçılığa yol verilir?
- İnsan ümumiyyətlə, heçnədə israfçılıq etməməlidir. İstehlakçılar çox israfçılıq edirlər. Toylarda artıq yeməklər atılır. Allahın yaratdığı nemətləri israf etməsinlər.Nəfs İnsanın düşmənidir. Nəfsimizə hakim olmalıyıq.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB