DİQQƏT: Metro açılır? QURUM RƏSMİSİNDƏN MÜNASİBƏT

DİQQƏT: Metro açılır? QURUM RƏSMİSİNDƏN MÜNASİBƏT

Son günlər Bakı şəhərində ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Problemin həlli ilə əlaqədar alternativ vasitələrdən istifadə etmək mümkündür. Paytaxtın sərnişindaşıma yükünün böyük qismini öz üzərinə götürən metropolitenin fəaliyyətini dayandırması isə vəziyyəti daha da çətinləşdirir. Azərbaycandan fərqli olaraq qonşu Rusiyada, Türkiyədə, Avropa, Amerika, Skandinaviya və bir çox ölkələrdə metroların fəaliyyəti artıq bərpa edilib. Bəs, Azərbaycanda metronun fəaliyyəti nə vaxt bərpa olacaq, mütəxəssislər və rəsmilər bu barədə nə düşünür, vətəndaşlar metronun yoxluğunda hansı problemlərlə üzləşir?

Bütün bu suallara cavab tapmaq üçün Bakı Metropolitenin metbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi SİA-ya açıqlamasında bunları dedi: "Bakı Metropolitenin sərnişindaşıma fəaliyyətinin pandemiya dövründə tənzimlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinəti yanında Operativ Qərərgahın birbaşa səlahiyyətinə daxil olan məsələdir. Ümumiyyətlə, Metropolitendə sərnişindaşıma fəaliyyəti Covid-19 virusunun qarşısı alınması və digər bu səpgidə olan proflaktik tədbirlərin tərkib hissəsi kimi qəbul olunur. Bu səbəbdən metrolarda sərnişindaşıma fəaliyyətinin növbəti dəfə bərpası ilə bağlı qərarı da yalnız Operativ Qərərgah verə bilər. Ümumiyyətlə, bu müddət ərzində təbii ki Metropolitendə işlər dayanmayıb. Metropoliten infrastrukturunu sağlamlığının və onun sərnişindaşımaya daim hazırlıqlı vəziyyətdə olması istiqamətində tədbirlər müntəzəm olaraq aparılır. Bunun üçün müvafiq normativ sənədlər var. Bu sənədlərin tələbinə uyğun olaraq o cümlədən sərnişinlərimizi daha çox maraqlandıran məqam, qatarların qulluq, təmir, baxış işlərinin ardıcıl olaraq aparılımasıdır. Bu sahədə hər hansı bir problem yoxdur və Bakı Metropoliteni Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul edəcəyi qərardan aslı olaraq fəaliyyətini dərhal bərpa etməyə hazır vəziyyətdə saxlanılır”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə