“Yaşat” Fonduna bu günə qədər fiziki şəxslər tərəfindən ödənilən vəsait 16 432 809.55 manat, hüquqi şəxslər tərəfindən ödənilən vəsait isə 19 875 065.09 manat təşkil edir. Fondun xərclədiyi vəsait 20 019 282.8 manat, Fondun büdcəsində qalan vəsait isə 16 288 591.84 manat təşkil edir.
“Yaşat” Fondunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
“YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Zamir İsmayılovun, İsmayıl Süleymanovun və Rəhman Nuriyevin əməliyyat xərcləri qarşılanıb.
.jpg)
Həmçinin "YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
Şəhidimiz Fəxrəddin Fərəcovun Quba şəhərində doğulan övladı Fəxrəddinin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
.jpg)
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Eyni zamanda ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib:
1. Əsgərov Orxan Tofiq oğlu
2. Daşdəmirov Qədir İsmayıl oğlu
3. Cəfərov Namiq Fərhad oğlu
4. İbrahimov Kamran Ceyhun oğlu
5. Əliyev İntiqam Oktay oğlu
6. Əlizadə Şəhriyar Mirağa oğlu
7. Zeynalov Məhiyyəddin Elsevər oğlu
8. Abdurrəşidov Qorxmaz Tələt oğlu
9. Məmmədzadə Arif Mahir oğlu
10. Məcidov Vidadi Əlisa oğlu
11. Babayev Anar Ramiz oğlu
12. Məmmədov Ədalət Ramazan oğlu
13. Qurbanov Xəyal Elburus oğlu
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-unun müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
.jpg)
Xatırladaq ki, bu günə qədər 63 qazi “YAŞAT” Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB