Deputat Milli Məclisdə səfirlə görüşdü

Deputat Milli Məclisdə səfirlə görüşdü

Bu gün Milli Məclisin deputatı, Azərbaycan- Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovla görüşmüşdür. Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda strateji əməkdaşlıq səviyyəsində oduğu qeyd olunmuş və bu sahədə iki dövlət başçısının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.

Görüşdə iki ölkə arasınad energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf prespektivləri müzakirə olunmuşdur.

Görüş zamanı Avropanın o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan, 2020-ci ilin sonunda “Cənub Qaz Dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın istifadəyə verilməsinin əhəmiyyəti qeyd olunmuşdur. Bildirilmişdir ki, “Cənub Qaz Dəhlizi” nin istifadəyə verilməsi Azərbaycan-Bolqarıstan əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaqdır

Bütün xəbərlər Facebook səhifəmizdə