Sakinlərin nəqliyyatla bağlı etirazına BNA RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ

Sakinlərin nəqliyyatla bağlı etirazına BNA RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ

“Təbii ki, avtobuslarda yaranan sıxlıq sərnişinlərlə yanaşı bizi də narahat edir. Lakin onu da qeyd edim ki, avtobuslarda yaranan sıxlıq artan tələbatdan irəli gəlir". Bunu SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

"Bilirsiniz ki, metro dayandığı üçün əsas yük avtobusların üzərindədir. Metronu əvəz edən ekspress marşurut xətləri üzərində kifayət qədər avtobuslar xəttə çıxarılıb.Lakin yollarda olan sıxlıq və nəqliyyat şəraiti avtobusların hərəkət intervalının geçikməsini qaçınılmaz edir. Bunun üçün vacib məsələlərdən biri ötən gün mətbuat konfransında da Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli vurğuladı ki, vacib olan əsas məsələ avtobus sayının artırılması deyil. Onsuz da avtobus sayı maksimum həddədir. Əsas məsələ avtobus sayının artırılması yox, əsas məsələ avtobusların maneəsiz hərəkətini təmin etməkdir. Hazırda müvafiq dövlət qurumlarına bilgi verilib və bu məsələ üzrə iş aparılır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə