Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 465 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 206 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 471 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 959 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 511 775 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə