Yaponiya səfirinə “Qarabağ çay kolleksiyası” təqdim edilib - FOTOLAR
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cüniçi Vada aprelin 28-də cənub bölgəsinə, o cümldən Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsindəki “Yaşıl Çay” fermer təsərrüfatında olub. SİA-nın verdiyi məlumata görə, qonaqları qarşılayan təsərrüfatın rəhbəri Araz Yağubov onlara təsərrüfat haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə aparılan düzgün aqrar siyasət və gərgin zəhməti nəticəsində o bir iş adamı kimi bu təsərrüfatı ərsəyə gətirə bilib. Burada nəinki çayçılıq, həmçinin sitrusçuluq, heyvandarlıq, baramaçılıq kimi digər sahələr də yanaşı inkişaf etdirilir. Təsərrüfatın çay emalı sexində istehsal edilən müxtəlif çeşiddə təbii çay məhsulları alıcılar tərəfindən yüksək qiymətləndirilir. Bu səbəbdən ölkə prezidenti cənab İlham Əliyev 2017-ci ildə təsərrüfata baş çəkib, onlara öz xeyir-duasını verib.
Qonaqlar çay plantasiyası, tut bağı, müasir tipli kümxana ilə tanış olduqdan sonra təsərrüfatın nəzdində yaradılmış “Çay muzeyi”nə baş çəkiblər, burada Azərbaycanda çayçılığın tarixi, o cümlədən “Yaşıl çay” FT-nin istehsal etdiyi məhsullar və nümayiş olunan foto-eksposiziya ilə yaxından tanış olub təbii Lənkəran çayından dadıblar.
Sonda Araz Yağubov Azərbaycanın Qarabağ qələbəsi şərəfinə istehsal etdikləri 12 növdən ibarət yüksək keyfiyyətli çay kolleksiyasını ilk dəfə olaraq cənab səfir Cuniçi Vadaya təqdim edib.
Qonaqpərvərliyə və hədiyyəyə görə təşəkkürünü bildirən səfir Cuniçi Vada Yaponiyada da Azərbaycandakı kimi böyük çay ənənəsinin olduğunu və Yaponiyada fəaliyyət göstərəcək Azərbaycan ticarət evində “Yaşıl çay” fermer təsərrüfatının istehsal etdiyi “Qarabağ çay kolleksiyası”nın və premium növ çayların satışının məqsədəmüfafiq olduğunu bildirib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB