GİBİ "Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik" adlı tədbir keçirib
Gənclər və İdman Baş İdarəsi və Gənclər evi sosial xidmət müəsisələrinin birgə təşkilatçılığı ilə keçirilən "Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik" adlı tədbir həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müşaviri İsrafil Cəfərov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev, Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, Xəzər Gənclər Evinin direktoru İnara Eyyubova, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, Qarabağ Gənclər Evinin direktoru Natiq İmanov iştirak edib.
Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov tədbirlə bağlı Səs TV yə məlumat verib. O müsahibəsində bu tədbirin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq "2021-ci il Nizami Gəncəvi ili" elan olunması ilə bağlı imzaladığı sərəncəma əsasən Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulayıb.
Raqif Abbasov tədbirin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclərimizə xalqın milli ənənələrinə hörmət edən,vətənpərvərlik və Azərbaycanşılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşmasının mühüm vasitələrindən biri xalqımızın zəngin mədəniyyət tarixini öyrənmək olduğunu qeyd edib.
Tədbirdə aparıcısı və 6 nəfər fəal gənc Nizami metro stansiyası, Nizami Baynəlxalq Mərkəzi, Nizami Kino Mərkəzi, Nizami küçəsi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi və Nizami heykəli haqqında maarifləndirici məlumatlar verib.
Qeyd edək ki, Qarabağ Gənclər Evinin nümayəndəsi Sahil Hüseyinzadə Nizami metrostansiyası, Binəqədi Gənclər Evinin nümayəndəsi Fərəh Quliyeva Nizami Kino Mərkəzi, Suraxanı Gənclər Evinin nümayəndəsi Səbinə Əliyeva Nizami küçəsi, BAKI Gənclər Mərkəzinin nümayəndəsi Mirlazım Dadaşov Nizami heykəli haqqında geniş məlumat veriblər.
Tədbir Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin facebook səhifəsindən canlı olaraq paylaşılıb. Start nöqtəsindən finişə qədər olan məsafə boyu canlı yayım zamanı müsabiqə elan olunub. Müsabiqədə fəal iştirak edən və suallara düzgün cavab verən iştirakçılar Baş idarə tərəfindən mükafatlandırılıb.
KƏMALƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB