Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu
Gənclər və İdman Nazirliyi tərəfindən aprel ayından başlayaraq respublikanın rayon və şəhərlərinin gənclərinin iştirakı ilə keçirilən “Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda zona onlayn konfransı 27 aprel 2021-ci il tarixində Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarına daxil olan rayonlarda həyata keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərimizdən yararlanmaları, şəxsiyyətin formalaşmasında həmin dəyərlərin xüsusi və böyük əhəmiyyətini təbliğ etməkdir.
Tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Rəhim Rəhimli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarına daxil olan rayonların gəncləri iştirak edirdilər.
Tədbirdə çıxış edən natiqlər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, dövlətin bu sahədə həyata keçirdiyi davamlı siyasətdən və qarşıda duran əsas məqsəd və vəzifələrdən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən danışdılar. Bununla yanaşı, çıxışçılar bu gün İslam aləmində gedən proseslərdən, dinin insanın formalaşmasındakı rolundan, din-elm münasibətlərindən, dövlətin din siyasətindən, dini dəyərlərin əhəmiyyətindən və bu istiqamətdə gənclərin qarşısında duran əsas vəzifələrdən danışdılar.
Sonda rəsmilər tərəfindən konfrans iştirakçılarının sualları cavablandırıldı.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3. yarımbəndinin (Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması) icrasını təmin etmək məqsədi ilə gerçəkləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB