Aİİ-də elmi seminarın ilk iclasları keçirilib

Aİİ-də elmi seminarın ilk iclasları keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə yaradılmış Birdəfəlik dissertasiya şurasının tərkibində elmi seminarın ilk iclasları təşkil olunub. SİA-nın verdiyi məlumata görə, “Dinşünaslıq” ixtisası üzrə doktorant Aliyə Samir qızı Mürsəlovanın “İslamda vərəsəlik hüququ (hənəfi məzhəbi əsasında)”; dissertant Dürdanə Şükür qızı Cəfərlinin “Müasir islamşünaslıqda “həqiqi İslam” konsepsiyası” mövzularında seminarları onlayn formada keçirilib.

Məlumat üçün bildirək ki, elmi seminar öz fəaliyyətini Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair qaydalarına uyğun olaraq distant formada onlayn şəkildə keçirilir.

Aİİ-də Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə uyğun olaraq yaradılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə