Bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək BNA sədri

Bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək BNA sədri

Bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək.

SİA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, xüsusi avtobus zolaqları məsələsi Bakının Baş Planında yer alıb: "Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə