Azad edilmiş ərazilərdə regional məhkəmələr yaradılacaq - Nazir

Azad edilmiş ərazilərdə regional məhkəmələr yaradılacaq - Nazir

"Torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək".

SİA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazirin sözlərinə görə, gələcəkdə həmin bölgədə aidiyyatı yeni regional apellyasiya və ixtisaslaşmış-kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur: "Onu da bildirim ki, hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə