YAP Qaradağ rayon təşkilatında Zərifə Əliyevaya həsr olunmuş videokonfrans keçirilib - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının idarə heyətinin rayon İcra Hakimiyyəti ilə birgə oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüm ilə əlaqədar vodeokonfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının (RT) sədr müavini, Qaradağ RİH başçısı Süleyman Mikayılov, YAP Qaradağ RT sədr müavini, RİH İS və HMŞ müdiri Munis Bayramov, YAP Qaradağ RT İdarə Heyətinin üzvü, Qaradağ RİH başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ RT İdarə Heyətinin üzvü, SOCAR TTM direktoru Nazakət Məmmədova, YAP Qaradağ RT ƏİPT 302 saylı tam orta məktəbin sədri və direktoru Günay Rəhimova, YAP Qaradağ RT Gənclər birliyinin sədri Seyidməmməd Məmmədzadə, YAP rayon təşkilatı idarə heyətinin, Şuranın, HTQ,Gənclər Birliyinin, Rayon Ağsaqqallar Şurasının üzvlər və ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
Məruzə ətrafında çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib ki, aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 98-cü ildönümü tamam olur: "Bu ərəfədə respublikada Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə, zəngin elmi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Zərifə xanım Əliyeva eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur".
YAP Qaradağ RT sədr müavini, Qaradağ RİH başçısı Süleyman Mikayılov çıxış edərək qeyd edib ki, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir: "1923-cü ilin ilıq bir bahar günü dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur. Zərifə xanım Əliyevanı yaxından tanıyanların, sağlığında onunla birlikdə işləmək, ictimai-mədəni tədbirlərdə birgə iştirak etmək səadətinə nail olanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımını, hər şeydən əvvəl, məhz sadə bir insan, olduqca səmimi, böyük mədəniyyət sahibi kimi səciyyələndirirlər. Zərifə xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin ömür kitabında insanı özünə ən çox cəlb edən, ilk növbədə, onun analıq fenomenidir".
Sonra çıxış edənlər Munis Bayramov, Təranə İsmayılova, Nazakət Məmmədova, Günay Rəhimova, Seyidməmməd Məmmədzadə və digərləri çıxış edərək görkəmli alimin həyat yolundan, insanlara qayğı və mərhəmətindən, Azərbaycan elminə verdiyi töhfələrdən söz açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB