İntiharların səbəblərini öyrənmək üçün komissiya yaradılmalıdır - Hikmət Babaoğlu

İntiharların səbəblərini öyrənmək üçün komissiya yaradılmalıdır - Hikmət Babaoğlu

“Təəssüf ki, intiharla bağlı xəbərləri tez-tez eşidirik. Az qala bu hallar ənənənə halını alıb. Bu gün də intiharla bağlı xəbər oxudum və çox sarsıldım”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, yeniyetmlərmizdə baş verən psixo-emosional vəziyyətin araşadırılıb öyrənilməsi və ona qarşı mübarizə aparılması üçün Səhiyyə Nazirliyinin təşəbbüsü ilə psixoloqlardan, sosioloqlardan ibarət komisiya yaradılmalıdır: “Dövlət başçısının sərəncamı ilə səhiyyə naziri vəzifəsini icra edən nazirin birinci müavini təyin olunub. Düşünürəm ki, nazirlik tərəfindən belə bir komissiya yaradılmalıdır. Biz öyrənməliyik ki, intiharların səbəbləri nədir: Ailədir, cəmiyyətin müxtəlif institutlarıdır, yoxsa internet resurslarıdır? Biz intihar hallarının səbəblərini tapıb və ona qarşı mübarizə aparmalıyıq. Bu çox ciddi məsələdir və gənc nəslin psixoloji əhval-ruhiyyəsinə təsir edən faktdır. Eyni zamanda, gələcəyimizi təhdid edən məsələdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə