Ölkəyə 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur - Əhliman Əmraslanov

Ölkəyə 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur - Əhliman Əmraslanov

Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov deyib.

Ə.Əmraslanov bildirib ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Biz hər birimiz inanların vaksinasiyaya cəlb olunması istiqamətində maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda 40 yaşından aşağı vətəndaşların da vaksinasiyasına başlanacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə