Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır TƏBİB

Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır TƏBİB

Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır. SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.

Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A. Quliyevin müalicəsi davam etdirilir: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti "Yeni Klinika"da müalicə olunur".

Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə