Daha 80-ə yaxın jurnalist vaksinasiya olundu - FOTOLAR

Daha 80-ə yaxın jurnalist vaksinasiya olundu - FOTOLAR

Bu gün 80-ə yaxın jurnalist vaksinasiya olunub. Bunu SİA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ümumilikdə 300-ə yaxın jurnalist vaksinasiya edilib: “Vaksinasiya prosesi həftə boyunca davam edəcək. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 600-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə