Alimlər Hərbi Qənimətlər Parkında olublar FOTOLAR

Alimlər Hərbi Qənimətlər Parkında olublar FOTOLAR

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkında olublar. AMEA-dan SİA-ya verilən məlumata görə, gənc alimlər burada 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika, sursatlarla tanış olublar.

Qeyd edək ki, Parkda rəşadətli ordumuzun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi qələbəmizin dünyaya sübutudur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə