26 yaşlı "Olaylar"a həmkar TƏBRİKİ!

26 yaşlı "Olaylar"a həmkar TƏBRİKİ!

24 aprel 1995-ci il... Müstəqil Azərbaycan mətbuatında yeni bir ad, yeni bir imza özünü təqdim etdi - "Olaylar" qəzeti. Bu maraqlı adı daşıyan qəzetin hansı missiyanı yerinə yetirəcəyi hər kəs üçün maraqlı idi. Amma qəzet qısa zamanda "mən də varam" deyə bildi, özünə oxucular qazandıra, müstəqil mətbuatımızın ilk qaranquşları sırasında özünə yer tuta bildi. Baş redaktor, özünü ədəbi mühitdə yetərincə tanıda bilmiş Yunus Oğuz qəzetin ilk nüsxələrindəcə missiyası barədə kifayət qədər məlumt verə bildi: Dövlətçilik, milli birlik, inkişaf.

Qeyd edək ki, “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin Azərbaycanın müasir media tarixindəki rolu böyükdür. Baş redaktor Yunus Oğuz hələ “Olaylar”-ı yaratmazdan öncə də mətbu fəaliyyətlə məşğul olub. Bu fəaliyyət cəmiyyətə azad düşüncə tərzinin gətirilməsinə xidmət edib. O, qeyri-leqal nəşrlər kimi tanıdığımız “samizdat”-ları ərsəyə gətirməklə xalqın milli özünüdərki istiqamətində aparılan proseslərə son dərəcə mühüm töhfə verib. Yunus Oğuzun 1995-ci ildə təsis etdiyi “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi isə başlanılmış işin daha mütəhərrik qaydada davamı baxımından əlamətdar səciyyə daşıyıb.

Bu gün qətiyyətlə demək olar ki, “Olaylar” cəmiyyətdə özünü təsdiqləmiş etibarlı informasiya orqanıdır, Azərbaycan media məkanında ədalətli rəqabət nümunəsi olan qəzetdir.

Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev və redaksiyanın əməkdaşları da bütün təbriklərə qoşulur, Yunus Oğuzun timsalında bütün "Olaylar" ailəsini keçdikləri 26 illik şərəfli yol, ad günləri münasibətilə ürəkdən təbrik edir, uzun ömür arzulayırlar. 26 YAŞINIZ MÜBARƏK!!!

Bütün xəbərlər Facebook səhifəmizdə