Paytaxtda 551 küçə dezinfeksiya edilib

Paytaxtda 551 küçə dezinfeksiya edilib

Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib. 551 küçə dezinfeksiya edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, səhər saatlarından etibarən cari ildə dördüncü, pandemiyanın əvvəlindən isə 22-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə