Tarix İnstitutunun direktor müavini: “Tarix üzrə atlas artıq hazırdır və onu tətbiq etmək olar”

Tarix İnstitutunun direktor müavini: “Tarix üzrə atlas artıq hazırdır və onu tətbiq etmək olar”

AMEA-nın Tarix İnstitutu "Azərbaycan Respublikasının Milli Atlası"nın hazırlanmasında yalnız tarix sahəsinə cavabdehdir. Bu barədə SİA-ya açıqlamasında Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov məlumat verib. O bildirib ki, tarix sahəsinə aid milli atlas 2007-ci ildə nəşr olunub, üzərində yenidən iş aparılıb və ingilis, rus dillərinə tərcümə olunub. Onun sözlərinə görə, 50-dən çox xəritənin yer aldığı atlasda 4-cü minillikdən başlayaraq bu günə qədər tarixi torpaqlarda yaranan dövlətlər, onların sərhədləri, dövlətlərin işğalı bölüşdürülməsi və digər məsələlər öz əksini tapıb.

"Bunun da əsas diqqət çəkən məqamı odur ki, biz Azərbaycan deyəndə cənub və şimalda daxil olmaqla bütün ərazini nəzərdə tuturuq. Bu və ya digər məsələlər həmin atlasda öz əksinin tapıb. Prezident İlham Əliyevin \"Azərbaycan Respublikasının Milli Atlası\"nın nəşri haqqında imzaladığı sərəncamında qarşıya qoyulan bütün məsələlərin həlli üçün hazırıq. Milli atlasın hazırlanması istiqamətində işlərin müəyyən bir qismini artıq yerinə yetirmişik. Bu istiqamətdə müəyyən işlər görülür. Tarix üzrə atlas artıq hazırdır və onu tətbiq etmək olar\",-deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə