Bu gün "İki sahil" qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadənin 44 yaşı tamam olur.
SİA-nın məlumatına görə, Vüqar Gəncəli oğlu Rəhimzadə 1967-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Saltaq kəndində anadan olub. 1984-cü ildə Saltaq kənd orta məktəbini bitirib. Hələ orta məktəbdə oxuduğu dövrdə bir sıra mətbuat orqanlarında muxtəlif mövzulu yazılarla çıxış edib. "Azərbaycan gəncləri", "Sovet kəndi", "Azərbaycan pioneri", "Şərq qapısı", "Zəfər" və s. qəzetlərdə onlarla yazıları dərc olunub.
Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. Həmin ildən əmək fəaliyyətinə başlayıb. \"Azərneftkimyazavodtəmir\" trestınin 1 nömrəli Təmir Tikinti İdarəsındə əvvəlcə yardımçı fəhlə, sonra quraşdırıcı çilingər vəzifəsində çalışıb. 1985-87-ci illlərdə İrkutsk vilayətinin Zima şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirməklə yanaşı əvvəllər işlədiyi muəssisədə çalışıb. Bu dövrdə respublikada nəşr olunan bir sıra qəzetlərlə müntəzəm əməkdaşlıq edib.
1989-cu ilin oktyabr ayından yaradıcılıq fəaliyyəti nəzərə alınaraq trestin çoxtirajlı \"Böyük kimya uğrunda\" qəzetin muxbiri, 1990-cı ilin iyulunda həmin qəzetin redaktoru vəzifəsinə təyinolunub.
1991-ci ildən \"İki sahil\" qəzetində əvvəlcə məsul katib, sonra redaktor kimi fəaliyyətini davam etdirib.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildən Respublika Jurnalistlər Birliyinin üzvüdur. 1994-cü ildə mətbuatda səmərəli fəaliyyətinə görə \"Kamil sənətkar\" diplomuna layiq görülüb. \"Qızıl qələm\" mukafatı laureatıdır. Hazırda \"İki sahil\" qəzetinin Baş redaktorudur.
2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması ilə bağlı təşkilat komitəsinin üzvü, Azərbaycan Jurnalistlərinin I Qurultayında isə Mətbuat Şurası İdarə heyətinin üzvü seçilib. Növbətiqurultaylarda da jurnalisitlər tərəfindən Mətbuat Şurası İdarə heyətinin üzvülüyünə yenidən etimad göstərilib. Hal-hazırda Mətbuat Şurası İdarə heyətinin üzvüdür.
Eyni zamanda 1997-2000-ci illər ərzində "Azərneftyağ" İstehsalat Birliyində Baş direktorun sosial məsələlər üzrə müavini işləyib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Məşhur \"91\"lərdən biri, 1992-ci il noyabrın 21-dən Yeni Azərbaycan Partiyası Siyasi Şurasınınüzvüdür.
2000-ci ilin noyabr ayında keçirilən II çağırış Milli Məclisə seçkilərdə 5 saylı Culfa-Ordubad seçki dairəsindən Azərbacan Respublikası Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına üzv təyin olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu müşahidə şurasının üzvü təyin olunub və şuranın ilk iclasında müşahidə şurası sədrinin müavini seçilib.
Ailəlidir, 3 oğlu var.
Qeyd edək ki, bu gün V.Rəhimzadə 44 yaşını media kapitanları əhatəsində qeyd edib. Biz də öz növbəmizdə " Səs" İnformasiya Agentliyi adından həmkarımız Vüqar Rəhimzadəni 44 yaşı münasibəti ilə ürəkdən təbrik edir, onun gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB