Səhiyyə nazirinin səlahiyyətləri birinci müavinə verildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

SİA-nın verdiyi məlumata görə, dövlət başçısı növbəti Sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə