Qələbəmiz regionun yeni siyasi və iqtisadi mənzərəsini formalaşdırıb

Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramlarının uğurlu icrası Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı. Davamlı sosial layihələr və Dövlət Proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan verdi. Mərhələli şəkildə icra olunan Dövlət Proqramları nəticəsində bölgələrimizin sosial iqtisadi rifahının artırılması təmin edildi. Layihələrin icrası zamanı infrastrukturun yenidən qurulması, enerji təminatının yaxşılaşdırılması və digər xidmət sahələrinin keyfiyyəti artırılmışdır. Ölkə başçısı cənab İlham Əliyev 20 aprel 2021-ci ildə Hacıqabul rayonuna səfər etmişdir. Hacıqabulda son 17 ildə səhiyyə, təhsil, mədəniyyət sahələrinin inkişafı ilə bağlı bir çox xəstəxana, məktəb, mədəniyyət obyekti tikilmiş, mövcud binalar əsaslı təmir olunmuşdur. Təkcə rayon mərkəzi deyil, kənd yollarının çox hissəsi yenidən çəkilib. Dövlət proqramlarının icrası ilə bağlı müəssisələrin açılışı yeni iş yerlərinin yaranmasına gətirib çıxarıb ki, bu da bölgələrdə işsizliyin aradan qaldırılması, insanların rifah halının yaxşılaşdırlması baxımından dövlətin yürütdüyü siyasətin mərkəzində insan amilinin durduğunu bir daha sübut edir.

Əlverişli iqlim şəraiti və münbit torpaqlar regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Kənd təsərrüfatının inkişafında kiçik fermer təssərrüfatları ilə yanaşı böyük aqroparkların yaradılması ölkənin kənd təssərüfatı məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı milli iqtisadiyyatımızın perspektiv imkanlarını artırır. Aqroparklarda ən müasir texniki tədbirlərin görülməsi nəticəsində bol məhsul əldə etmək mümkündür. Aqroparkların digər üstünlüyü isə burada yüzlərlə insanın işlə təmin olunmasıdır. Bu üstünlüklər ölkədə yeni aqroparkların yaradılmasında dövlətin maraqlarının artmasına gətirib çıxarır. Dövlət tərəfindən investisiyaların həcminin artırılması kreditlər verməklə yanaşı infrastruktur layihələri həyata keçirir.

Iqtisadiyyatın bir sahəsindən əldə olunan gəlirlərin digər sahələrin inkişafına müsbət təsir göstərməsi nəticəsində Azərbaycanda sənayenin bütün sahələri, həmçinin avtomobil sənayesi də özünün inkişaf dövrünə qədəm qoymuşdur.

Bölgələrimizin inkişafından danışarkən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Təkcə ölkəmizin deyil, bütün regionun inkişafına xidmət göstərəcək bu layihələrin həyata keçirilməsi üçün ermənilər süni əngəlliklər yaradır. İşğaldan azad edilmiş ərazilərin geniş şəkildə minalanması burada işlərin görülməsi üçün çətinliklər yaradır. Ermənistanın hərbi cinayət kimi mina xəritələrinin Azərbaycana verməməsi nəticəsində onlarla mülki vətəndaşın yaralanması və həlak olması bu sahədə işlərin başa çatdırılması üçün bütün qüvvələrin səfərbər olunmasını, hətta qardaş Türkiyə və qonşu Rusiyadan bu sahə üzrə hərbçi mütəxəssislərin cəlb olunmasını və bu işlərin ümummilli məsələ olaraq planlı şəkildə həyata keçiriməsini zəruri edir.

Buna baxmayaraq Vətən müharibəsi dövründə hərbi uğurları ilə dünyanı heyrətləndirməyi bacaran Azərbaycan abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətli icrası ilə də bu uğurunu davam etdirir. Şuşanın işğaldan azad edilməsi bir möcüzə idisə, qısa zaman ərzində elektrik enerjisi ilə tam təmin olunması bu möcüzənin davamıdır. Hündür dağ relyefi enerji təminatında, digər infrastruktur layihələrin icrasında çətinliklər yaradır.

Lakin artıq bir hissəsi başa çatan yol infrastrukturunun azad olunmuş ərazilərdə yaradılması digər layihələrin icrası üçün geniş imkanlar yaradacaqdır. Yol infrastrukturunun yaradılması bərpa işlərinin həyata keçirilməsində böyük rol oynayacaqdır. Hava limanlarının inşası isə layihələrin həcminin böyüklüyündən asılı olmayaraq icrasını sürətləndirəcəkdir. Tikintisi sürətlə gedən Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilan və Laçın rayonlarında hava limanlarınn tikintisi ölkəmizin iqtisadi gücünün nümayişidir.

Müharibə başa çatan kimi dərhal çox böyük həcmli infrastruktur layihələrə start verilməsi bir daha sübut etdi ki, Vətən müharibəsində məqsədimiz təkcə torpaqları işğaldan azad etmək deyil, bu torpaqları dirçəltmək, bu ərazilərə nəfəs vermək, itirilmiş flora və faunasını bərpa etmək, Qarabağımızı təkcə Azərbaycanın və regounun deyil. dünyanın ən cənnət məkanına çevirməkdir.

30 illik işğalçılıq dövründə ağlasığmaz vəhşiliklər törədən, dağıdıcılıq siyasəti yürüdən ermənilərin vandallığı digər müharibələrdə törədilən dağıntılarla müqayisə oluna bilməyəcək dərəcədə qəddardır. Təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən bu vəhşiliyin qarşısını isə Azərbaycan almaqla beynəlxalq erməni faşizminə son qoydu.

Azad edilmiş ərazilərdə erməni vəhşiliyinin dünya ictimaiyyətinə nümayiş olunması beynəlxalq aləmin qəzəbinə və heyrətinə səbəb olmuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərin bərpası ilə yanaşı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Bundan sonrakı proseslərdə Ermənistanın Azərbaycanın maraqlarına və tələblərinə uyğun hərəkət etməsi işlərin daha asan həll olunmasına şərait yaradacaqdır.

Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi milli həmrəyliyi müharibədən sonrakı dövrdə də yeni layihələrin həyata keçirilməsində Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirərək qarşıya qoyulan vəzifələrin icrasını sürətlə həyata keçirəcək.

Müslümov Loğman

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

müavini (dini qurumlarla işin təşkilatçısı)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...