Budəfəki yoxlamalarda əsas məqsəd taksi sürücülərinin harada gəldi dayanacaq kimi istifadə etməsinin qarşısını almaq və taksi fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb etməkdir. Gəncə şəhərində aparılan yoxlamalar zamanı 10-dan artıq sürücünün fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduğu üzə çıxıb.
Başqa ifadə ilə desək bəzi vətəndaşlar dövlət vergisindən yayınmağı hələ də davam etdirir. Üstəlik bəzi sükan sahibləri vaxtı ötən fərqlənmə nişanlarından bu gün də istifadə edir. Gəncə şəhər 1 saylı Regional Nəqliyyat Departamentinin şöbə rəisi Könül İbrahimovanın SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, bu taksilərin dövlət qeydiyyatına alınması, onların vergiyə cəlb olunması əsl problemə çevrilib.
Hazırda Gəncə şəhərində 1000-ə yaxın şəxs taksi sürücüsü kimi çalışırsa bunlardan yalnız 300-ü fərqlənmə nişanı ilə, yəni dövlət vergisini ödəməklə işləyir.
Digərləri isə vergidən yayınmaqla fəaliyyətlərini davam etdirirlər ki, bunun da qarşısını almaq bir xeyli çətinləşib.
Elə yoxlamalarda deyilənləri təsdiq etdi. Sənəti olmayan, qeydiyyatdan keçməyən sürücülər müxtəlif bəhanələr gətirməklə vəziyyətdən yayınmağa çalışıb. Departament əməkdaşlarının gücləndirilmiş iş rejimi hələ bir müddət davam edəcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB