Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvləri 14 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçiriblər
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və komitənin üzvü Nazir Quliyev 14 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər. İctimai Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib.
Eyni zamanda 14 saylı Cəzaçəkmə müəssisəsində məhkumların fərdi qəbulu həyata keçirilib və onlara hüquqi yardım göstərilib. Kitabxana fonduna isə kitablar hədiyyə edilib.
Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB