“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması yeni ictimai hadisədir” ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması yeni ictimai hadisədir. Vətəndaş cəmiyyəti çoxdan bu Sərəncamı, Fərmanı gözləyirdi. Agentliyin yaranması vətəndaş cəmiyyətinin inkişafında yeni bir mərhələdir. Həm onun statusunun dəyişilməsi, həm yeni nizamnaməsinin qəbul olunması QHT-lər üçün yeni imkanların açılması deməkdir. Daha böyük, geniş səlahiyyətlərlə dövlət özəl sektorla vətəndaş cəmiyyətinin əlaqələrinin qurulması, inkişaf etdirilməsi çox vacib məsələdir".
Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. Onun sözlərinə görə, sərəncama əsasən agentliyə geniş imkanlar və səlahiyyətlərdə verilir: "Agentlik konkret inzibati bina ilə təmir olunur. Eyni zamanda, agentlik Azərbaycan ərazisində özünün filiallarını, nümayəndəliklərini yarada bilər. Bu da yeni imkanların yaranması deməkdir. Qısa müddət ərzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının formalaşması, Müşahidə Şurasına Cənab Prezident tərəfindən üzvlərin, icraçı direktorun təyin olunması nəzərdə tutulur. Bütün bu təşkilatı işlər yekunlaşandan sonra vətəndaş cəmiyyəti institutlarına, QHT-lərə yeni imkanlar olacaq".
R.Zeyni bildirdi ki, agentliyin yaradılması barədə sərəncamı bir daha Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafında maraqlı olduğunu ortaya qoydu: "Bildiyiniz kimi bundan öncə Media İnkişaf Agentliyi yaranmışdı və indidə QHT-lərlə bağlı agentlik yaranır, bu bütövlükdə hər iki qurumun birbaşa vətəndaş cəmiyyətinin elementləridir. Bir sözlə, atılan bu addımların hamısı Prezident İlham Əliyevin dövlət səviyyəsində vətəndaş cəmiyyətinin inkişafında maraqlı olduğunu göstərir. Bu da o deməkdir ki, vətəndaş cəmiyyəti institutları bundan sonra daha yüksək səviyyədə inkişaf etmək imkanları qazanırlar. Əvvəla hər kəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram. Düşünürəm ki, həm agentik, həm agentliyin rəhbərliyi, müşahidə şurası, həm də vətəndaş cəmiyyəti, sahibkarlar, biznes sektoru, özəl sektor bu imkanları dəyərləndirib gələcəkdə dövlətimizin, cəmiyyətimizin inkişafı üçün səmərəli əməkdaşlıq edəcək və bu imkanlardan səmərəli istifadə edib gələcək inkişafımızı təmin edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB