Azərbaycan–Belçika Dostluq Cəmiyyəti ölkəmizdəki aztəminatlı ailələrə yardım edib

Azərbaycan–Belçika Dostluq Cəmiyyəti ölkəmizdəki aztəminatlı ailələrə yardım edib

Cəmiyyətin sədri Ayhan Dəmirçinin təşəbbüsü ilə Ramazan ayının başlanması münasibətilə Azərbaycandakı 405 aztəminatlı ailəyə yardım göstərilib. SİA-nın xəbərinə görə, Azərbaycan–Belçika Dostluq Cəmiyyətndən bildirilib ki, ərzaq paketlərindən ibarət olan yardım artıq Bakının Pirşağı qəsəbəsindəki "Qızılqum" sanatoriyasında məskunlaşan Xocalı sakinlərinə təqdim olunub. Yaxın günlərdə isə Bakının ətraf rayonlarında yaşayan aztəminatlı ailələrə Ramazan payı çatdırılacaq.

Cəmiyyət ərzaq paylarının Azərbaycandakı ünvanlara çatdırılması işini təşkil edən insanlara öz minnətdarlığını bildirib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə