Uşaqların problemlərini görməzdən gəlməyin!

Uşaqların problemlərini görməzdən gəlməyin!

Valideynlər uşaqları üçün tez-tez istifadə etdikləri bir müşahidə var: uşaqlar böyüdükcə, dərdləri də bir o qədər artır. Yəni, uşaq körpə olanda problemi də kiçik olur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli psixoloq Zeynep Yetkin mövzu ilə əlaqədar açıqlama verib.

Təsəvvür edin ki, sizi çox narahat edən hadisədən sonra yaxın dostunuzu axtarırsınız. Ona etibar edirsiniz, sizi dinləməsi və problemini bölüşmək üçün dostuna ehtiyacınız var. Ürəyiniz qırılıb, biri tərəfindən başa düşülmək və hətta, haqlı olduğunuzu eşitmək istəyirsiniz. Qarşıdakı adam “Ah, buna üzülmüsən? Çox böyüdürsən!” deyirsə, ona bir daha dərdləşmək üçün yaxınlaşarsınız? Necə hiss edərsiniz?

Yaxşı, siz o üzülməsin "sadə" şeylərə görə qanını qaraltmasın deyə “yaxşı olacaq” dedikdə nə olur? Uşağın başı daha da qarışır. Əgər, ondan soruşsanız ki, "Məktəb necə gedir?” bu zaman o, bu gün sinifdə onu oyuna daxil etmədiklərinə görə, dostuna əsəbiləşdiyini söyləməyə başlayır. O qədər qəzəblidir ki, bəlkə də seçilmədiyi üçün qışqırır. Digər tərəfdən, ağlamamaq üçün cəhd edir. Bir daha onunla danışmayacağını söyləyir. Artıq, onunla heç vaxt dost olmayacağını deyir. Özünü çox qəzəbli, bədbəxt, aciz hiss edir. Yetkin gözü ilə baxdıqda, bu çox adi bir hadisədir və sadəcə, oyundur. Yaxşı, bəs, bu qədər kədərlənməyə nə ehtiyac var? Bu uşaq həmişə hər şeyə belə emosional yanaşır? O hələ gələcəkdə nələr-nələr yaşayacaq və güclü olmalıdır. Belə kiçik şeylərə görə özünü üzməməlidir. Ona bildirməsəniz də, bunları hiss etmirsiniz? Heç olmasa ona bildirməyin. Çünki, o zaman başa düşməyəcəksiniz. Baxdığı yerdən baxa bilməyəcəksiniz və o tək qalacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə