Pambıq maskalarla əlaqədar vacib kəşf - ARAŞDIRMA

Pambıq maskalarla əlaqədar vacib kəşf - ARAŞDIRMA

“Koronavirusun mutasiyaya uğramasından sonra virusun hüceyrələrə nüfuz etmə gücünün təxminən 10 dəfə artdığına və daha ölümcül olduğuna dair dəlillər aşkarlayan amerikalı alimlər Covid-19-un pambıq əlcəklərdə və parçalarda plastiklə müqayisədə 170 qat daha az yaşaya biləcəyini açıqlayıblar”. SİA həmin araşdırmanı təqdim edir.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatındakı “Scripps Tədqiqat Mərkəzi”nin səlahiyyətli şəxsləri Covid-19-un mutasiyasından sonra əvvəlkindən daha güclü və ölümcül olduğunu təyin etməklə bərabər, pambıq əlcəklərin və qumaşlarla plastik səthlərin Covid-19 virusuna qarşı reaksiyası barədə maraqlı detallara rast gəliblər.

Araşdırmanın nəticələrinə görə, "Virusun səthlərdə qalmaq gücü nəzərə alındıqda" həyatımızın bir hissəsinə çevrilən plastik əlcəklər və maskalar, əslində, heç də təsirli deyil. Ancaq 100 faiz pambıq parçadan hazırlanmış əlcəklər, maskalar və digər qoruyucu vasitələr plastikdən 170 dəfə çox yararlıdır.

Scripps Araşdırma Mərkəzinin araşdırmasında Covid-19 virusunun 8 fərqli maddə üzərində yaşama müddəti sınaqdan keçirilib. Bunlara plastik nitril əlcəklər, kimyəvi dayanıqlı əlcəklər, tibb bacıları və həkimlər tərəfindən tez-tez istifadə edilən N-95 və N-100 stil xüsusi qoruyucu maskalar, plastik, pambıq parka, əlcəklər və polad daxildir.

Koronavirus 100 faiz pambıq parçalarda 1 saat yaşaya bilər

Buna görə, koronavirus plastik üzlüklü papaqlarda 21 gün, paslanmayan poladda 14 gün, nitril plastik əlcəklərdə 7 gün, kimyəvi dayanıqlı əlcəklərdə 4 gün yaşaya bilər, pambıq parçalarda və əlcəklərdə isə yalnız 1 saat yaşaya bilər. Əgər 100 faiz pambıq parçanın səthinə Covid-19 virusu bulaşıbsa, yalnız bir saatda virusun 99,9 faizi bu mühiti tərk edir. 24 saat ərzində isə koronavirus tamamilə təbii pambıq parçadan təmizlənir.

Araşdırmanı aparan elm adamları mövzu ilə əlaqədar yazdıqları məqalədə pambıq parçanın tibb sahəsindəki istifadəsinin vacibliyini vurğuladılar və koronavirusla mübarizə, epidemiyadan qorunma üsulları, tibbi ləvazimatların yuyulması və təkrar istifadəsi mövzusunda heyrətamiz nəticəyə gəldiklərini deyiblər.

Pambıq parçalarla, həmçinin tibb sahəsindəki tədqiqatlarla əlaqəli məzmunlara MedRxiv.org veb saytında baxa bilərsiniz.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə